Avropada 2018/19 mövsümünün ən yaxşı müdafiəçisi açıqlanıb. Matc.az xəbər verir ki, qitənin ən yaxşısı UEFA çempionlar Liqasının qrup mərhələsinin Monakoda təşkil olunan püşkatma mərasimində təltif olunub.
 
Bu ada İngiltərənin "Liverpul" klubunun arxa xətt oyunçusu Vircil van Dayk layiq görülüb. O, UEFA-nın sorğusunda Trent Aleksandr-Arnold və Matteys de Liqti arxada qoyub.
 
Qeyd edək ki, 2018/19 mövsümünün ən yaxşı qapıçısı adına da "Liverpul"un əlcək sahibi Alisson Bekker yiyələnib. Hansı ki, sözügedən klub geridə qalan mövsümdə çL-in qalibi adını qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest