Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının 1/8 final mərhələsində Bolqarıstanla keçirəcəyi oyunun başlama saatı müəyyənləşib. Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək görüş sentyabrın 1-də keçiriləcək.

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının 1/8 final mərhələsində Bolqarıstanla keçirəcəyi oyunun başlama saatı müəyyənləşib. Matc.az saytının məlumatına görə, görüş sentyabrın 1-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

Lasso Pappa adına İdman Arenasındakı oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Həmçinin Hollandiya - Yunanıstan görüşü də Budapeştdə keçiriləcək.

 

1/8 finalın təqvimi

1 sentyabr

17:30. Rusiya – Belçika

18:00. Hollandiya - Yunanıstan

18:00. Serbiya - Rumıniya

20:00. Almaniya – Sloveniya

20:00. İtaliya – Slovakiya

20:30. Azərbaycan - Bolqarıstan

20:30. Türkiyə - Xorvatiya

22:30. Polşa – İspaniya

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest