AVRO-2020-nin seçmə mərhələsində keçiriləcək Uels - Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib. Ayın 5-də ilk olaraq ev sahibləri məşq edəcək.

AVRO-2020-nin seçmə mərhələsində keçiriləcək Uels – Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib. Matc.az saytının məlumatına görə, ayın 5-də ilk olaraq ev sahibləri məşq edəcək.

Əvvəlcə Bakı vaxtı ilə saat 13:45-də baş məşqçi Rayan Giqqz media önünə çıxacaq. Saat 15:15-də ilk 15 dəqiqəsi açıq məşq start götürəcək.

Azərbaycan millisinin çalışdırıcısı Nikola Yurçeviç isə saat 22:00-da mətbuat konfransı keçirəcək. Komandanın son məşqi 22:30-a təsadüf edəcək. Məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.

Hər iki mətbuat konfransı və məşq oyunun keçiriləcəyi Kardiff şəhər stadionunda təşkil olunacaq. Qarşılaşma isə sentyabrın 6-da baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest