"Qalatasaray"ın böyük fədakarlıqla "Monako"dan transfer etdiyi Radamel Falkaonun müqavilə detalları üzə çıxıb. Matc.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, kolumbiyalı forvardın illik maaşı 5 milyon avro təşkil edəcək.

Bundan başqa, futbolçuya müxtəlif bonuslar da boyun olunub. Meydana çıxdığı hər oyuna, qazanılan hər qələbəyə görə Falkao qazanc götürəcək. Həmçinin "Qalatasaray"ın qatıldığı turnirləri qazanması 33 yaşlı forvardın da gəlirini artıracaq.

Müqavilədə yer almış bir bənd xüsusi diqqət çəkir. Belə ki, "sarı-qırmızılılar" maaşını 2 ay gecikdirsə, futbolçu avtomatik olaraq azad agent statusu daşıyacaq və komandanı tərk edə biləcək.

Qeyd edək ki, Radamel Falkao "Qalatasaray"la 3 illik sözləşmə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest