Avropa Liqasının A qrupunda yer alan APOEL ev oyunları üçün bilet satışına start verib. Komandanın "Düdelanj", "Qarabağ" və "Sevilya" ilə görüşlərinin biletləri satışa çıxarılıb. Nikosiya təmsilçisi biletləri müxtəlif paketlərdə təqdim edib.

Avropa Liqasının A qrupunda yer alan APOEL ev oyunları üçün bilet satışına start verib. Matc.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, komandanın "Düdelanj", "Qarabağ" və "Sevilya" ilə görüşlərinin biletləri satışa çıxarılıb.

Nikosiya təmsilçisi biletləri müxtəlif paketlərdə təqdim edib. Bu baxımdan qiymətlər də fərqlidi. 5 avrodan başlayan qiymət 75 avroya qədər yüksəlir. Qiymətlər uşaqlar üçün 15, tələbələr üçün 30 avroya nəzərdə tutulub.

Qeyd edək ki, APOEL qrup çərçivəsində sentyabrın 19-da "Düdelanj", noyabrın 7-də "Qarabağ", dekabrın 12-də isə "Sevilya"nı qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest