ötən mövsümün sonunda "Qarabağ"dan ayrılan və transfer dönəminin son günlərində "Neftçi"yə keçən Vild-Donald Gerye yenə müzakirə mövzusuna çevrilib. Matc.az saytının məlumatına görə, haitili müdafiəçi bu dəfə meydandakı baxımlı oyunu və ya ondan kənardakı intizamsız hərəkətləri ilə diqqət çəkməyib.

Məsələ burasındadı ki, 30 yaşlı sol cinah oyunçusunun məşq zamanı çəkilən şəkli klub azarkeşləri tərəfindən narazılıqla qarşılanıb. Payaşılan həmin şəkildə Geryenin artıq çəkidən əziyyət çəkməsi və qarın çıxarması aşkar şəkildə görünür. Bu isə onsuz da, klub rəhbərliyi, baş məşqçi və futbolçularla yola getməyən "Neftçi" azarkeşlərinin narazılığı ilə qarşılanıb.

Fanatlar təmtraqla alınan Geryenin bu durumda komandaya xeyir verməsinə şübhə ilə yanaşırlar. Hətta bu vəziyyətə lağ edənlər də olub.

Hələ "Qarabağ"da olarkən intizamsızlıqları ilə narazılıq yaradan və məhz daxili nizam-intizama əməl etməyən Gerye bu baxımdan sərbəst ola biləcəyi yer axtarırdı və yekunda "Neftçi"yə üz tutub. Şəkildən də görünür ki, futbolçu yay fasiləsini kifayət qədər "səmərəli" keçirib.

Qeyd edək ki, Gerye "Neftçi" ilə 2 illik müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest