Azərbaycan boksçusu, üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov peşəkar boksda ilk döyüşünə çıxıb. Matc.az xəbər verir ki, super ağır çəkidə yarışan 33 yaşlı boksçumuz sentyabrın 13-də ABŞ-ın Nyu-York şəhərində yerli idmançı Ed Fonteynlə üz-üzə gəlib.
 
Hansı ki, sözügedən boksçu bunadək 12 döyüş keçirmiş və 7 qələbə qazanmışdı. Məcidov bu rəqibinə dördüncü raundda texniki nokautla qalib gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest