Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır. Bu gün sərbəst güləş üzrə 61, 79, 86 və 97 kq-da mübarizəyə start verilib.

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır. Matc.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə 61, 79, 86 və 97 kq-da mübarizəyə start verilib.

Mübarizəyə 1/8 finaldan qoşulan Əhmədnəbi Qvarzatilov sensasiyaya imza ataraq kubalı dünya çempionuna qalib gəlib və 1/4 finala yüksəlib. İranlı pəhləvanla qarşılaşma dramatik keçib. Qarşılıqlı xalların olduğu görüşdə rəqib sevinən tərəf olub.

Cəbrayıl Həsənov da mundiala 1/8 finaldan start verib. Yığmamızın kapitanı Ukrayna güləşçisini yenərək 1/4 finala adlayıb. Bu mərhələdə yerli idmançını da devirən Həsənov yarımfinala vəsiqə qazanıb. Təcrübəli gülçimiz slovakiyalı rəqibin də öhdəsindən gələrək ardıcıl ikinci dəfə dünya çempionatının finalında iştirak hüququ qazanıb. O, sabah finalda ABŞ idmançısı Kayl Daykla qarşılaşacaq.

Aleksandr Qostiyev ilk görüşdə Özbəkistan idmançısına məğlub olub.

Şərif Şərifov təsnifat mərhələsində Koreya güləşçisini üstələyib. Olimpiya, dünya və Avropa çempionumuz Ukrayna güləşçisinə də gücünü göstərərək adını 1/4 finala yazdırıb. Titullu pəhləvanımız ötən il dünya çempionatının 1/4 finalında Aslanbek Alborova qalib gəlmiş Elizbar Odikadzeni üstələyərək yarımfinala yüksəlib və bununla da Olimpiadaya lisenziyanı təmin edən ilk sərbəst güləşçimiz olub. Onun bu mərhələdəki qurbanı isə ABŞ idmançısı Kayl Snayder olub. Şərifov sabah Abdulrəşid Sadullayevlə qızıl medal uğrunda görüşəcək.

Qeyd edək ki, final qarşılaşmaları sabah Bakı vaxtı ilə 16:00-da başlayacaq və İTV vasitəsilə canlı nümayiş etdiriləcək.

 

61 kq

1/8 final - Əhmədnəbi Qvarzatilov - Yovlis Bonne Rodriger (Kuba) - 7:0

1/4 final - Əhmədnəbi Qvarzatilov - Behnam Eşaq Ehsanpur (İran) - 12:13

 

79 kq

1/8 final - Cəbrayıl Həsənov - Dmitri Tkaçenko (Ukrayna) - 7:0

1/4 final - Cəbrayıl Həsənov - Qalimjan Usserbayev (Qazaxıstan) - 13:4

1/2 final - Cəbrayıl Həsənov - Teymuraz Salkazanov (Slovakiya) - 4:3

FİNAL - Cəbrayıl Həsənov - Kayl Dayk - (ABŞ)

 

86 kq

Təsnifat - Aleksandr Qostiyev - Cavrail Şapiyev (Özbəkistan) - 1:4

 

97 kq

Təsnifat - Şərif Şərifov - Minvon Seo (Koreya) - 11:4

1/8 final - Şərif Şərifov - Valeri Andreytsov (Ukrayna) - 4:0

1/4 final - Şərif Şərifov - Elizbar Odikadze (Gürcüstan) - 6:0

1/2 final - Şərif Şərifov - Kayl Snayder (ABŞ) - 5:2

FİNAL - Şərif Şərifov - Abdulrəşid Sadullayev (ABŞ)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest