Özbəkistanın Daşkənd şəhərində keçirilən para-cüdo idman növü üzrə qran-pri yarışı başa çatıb. Matc.az xəbər verir ki, Azərbaycanın cüdo idman növü üzrə paralimpiya milli komandası 1 qızıl, 3 gümüş, 7 bürünc medala sahib olaraq, medal sayına görə birinci, medal əyarına görə isə üçüncü yerə layiq görülüb. 
 
Bu nailiyyət cüdoçularımıza reyting cədvəlində mövqelərini möhəmləndirərək Tokio 20 Yay Paralimpiya Oyunlarnda iştirak şanslarını artırıb.
 
Qeyd edək ki, yarışın ikinci günündə cüdoçularımız Kənan Abdullaxanlı -100 kq çəki dərəcəsində qızıl, Xanım Hüseynova isə -63 kq çəkidə gümüş medal, İlham Zəkiyev +100 kq və Hüseyn Rəhimli -81 kq, Dürsədəf Kərimova -70 kq və Zülfiyə Hüseynova +70 kq çəki dərəcələrində bürünc medal qazanıblar.
 
Xatırladaq ki, turnirin birinci günündə Namiq Abaslı (66 kq), Sevda Vəliyeva (57 kq) gümüş, Şahanə Hacıyeva (48 kq), Afaq Sultanova (57 kq) və Ramil Qasımov (73 kq) isə bürünc medal qazanıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest