"Bavariya" "Mançester Siti"nin vingeri Leroy Sanedən əl çəkmir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Münhen klubu Almaniya millisinin üzvünü qış fasiləsində heyətinə qatmağa çalışacaq.

Klub prezidenti Uli Höness də açıqlamasında bunu istisna etməyib: "Sanenin bərpa dövrünün necə keçməsini gözləmək lazımdı. Yanvarda kluba yeni rəhbər gələcək və gələcəklə bağlı yeni planlar cızılacaq".

Qeyd edək ki, "Bavariya" yay fasiləsində Saneni transfer etməyə çalışsa da, "Mançester Siti" onu satmaqdan imtina etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest