“Mançester Yunayted” baş məşqçi postunda dəyişiklik etməyə hazırlaşır. Matc.az xəbər verir ki, cari mövsümə uğursuz start verən “qırmızı şeytanlar” Ola Qunnar Sulşeri istefaya göndərmək qərarına gəlib.

Britaniya mətbuatının yazdığına görə, MY onu “Tottenhem”in baş məşqçisi Mauritsio Poçettino ilə əvəzləməyə hazırlaşır. Klub rəhbərliyi hətta Poçettinonun London təmsilçisindən erkən ayrılığı üçün 32 milyon funt-sterlinqlik təzminatını da ödəməyə hazırdı.

Mançesterlilər Premyer Liqada 6 turdan sonra 8 xalla 8-ci pillədə qərarlaşıb. Amma Poçettinolu “Tottenhem” də yeni mövsümə çox uğurlu başlamayıb. London klubunda təzyiq altında olmasından istifadə edən "Mançester Yunayted" rəhbərliyi onu Mançesterə gətirmək arzusundadı.

Argentinalı mütəxəssis “Tottenhem”i altıncı mövsümdü çalışdırır. Ötən il bu komandanı Çempionlar Liqasının finalına da çıxaran 47 yaşlı məşqçi daha öncə “Sauthempton” və “Espanyol”u çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest