“Neftçi” Azərbaycan Premyer Liqasının 7-ci turunda qarşılaşacağı “Səbail”lə oyunun hazırlığına başlayıb. Matc.az xəbər verir ki, “Qəbələ” ilə görüşdən sonra birgünlük fasiləyə buraxılmış komanda bu gün məşqə çıxıb.
 
Məşqdə toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Hazırlıq sabah bir məşqlə davam edəcək.
 
Xatırladaq ki, oktyabrın 5-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Səbail” oyununa saat 19:15-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest