İspaniyanın Marina Dor şəhərində keçirilən gənclər arasında Avropa birinciliyinin ilk günündə komandamız artıq bir medalı aktivinə əlavə edib. Matc.az xəbər verir ki, baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovun yetirmələrindən 51 kq çəki dərəcəsində mübarizəyə qoşulan Səyyad Dadaşov Bolqarıstan, Hollandiya və serbiyalı idmançıya qalib gələrək yarımfinala adlayıb. 
 
Həlledici döyüşə vəsiqə uğrunda macarıstanlı taekvondoçu ilə qarşılaşan Səyyad məğlub olaraq yarışı bürünc medalla başa vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest