“Zirə”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:1 hesabıyla bitən oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
“Bu oyunu udmaq yaxşı olardı. Bu cür həyəcanlı keçən oyundan 1 xalla ayrıldıq. İlk hissədə də epizodlarımız vardı. İstifadə edə bilsəydik, daha yaxşı olardı. İkinci qolu vurduqdan sonra da vaxtımız oldu. Rəqibin sıx oynamağı bizə problem yaratdı. Bir az da gücümüz çatmadı. İlk dövrəni 10 xalla bitirmək istəyirdik. Getdikcə çempionatın gərginləşdiyini görürük”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest