Futbol üzrə Andorra milli komandası Aç-2020-nin seçmə mərhələsində Moldovanı məğlub edib. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, 1:0 hesabıyla bitən qarşılaşma andorralılar üçün əlamətdar olub. 
 
Belə ki, sözügedən komanda seçmə mərhələ oyunlarında 56 ardıcıl məğlubiyyətdən sonra ilk dəfə qələbə qazanıb.
 
Andorra millisinə qələbə qazandıran qolu 63-cü dəqiqədə Mark Vales vurub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest