Macarıstan yığmasının AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanla son oyununda yarımmüdafiəçi Adam Nadın oynamaması müxtəlif söz-söhbətlərə səbəb olub. İctimaiyyət baş məşqçi Marko Rossinin "Bristol Siti"nin futbolçusu ilə problem yaşadığını iddia edib.

Macarıstan yığmasının AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanla son oyununda yarımmüdafiəçi Adam Nadın oynamaması müxtəlif söz-söhbətlərə səbəb olub. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, ictimaiyyət baş məşqçi Marko Rossinin "Bristol Siti"nin futbolçusu ilə problem yaşadığını iddia edib.

Lakin həkim raportundan sonra səbəbin heç də bu olmadığı üzə çıxıb. Cəzalı olduğu üçün Xorvatiya ilə qarşılaşmanı buraxan Nad sən demə eyni zamanda zədədən əziyyət çəkirmiş. Məhz bu səbəbdən italiyalı mütəxəssis 24 yaşlı orta sahə oyunçusunu yığmamızla görüşün "23-lüy"ünə daxil etməyib. Ancaq onun durumunun ciddi olmadığı, klubuna kömək edə biləcəyi vurğulanıb. Rossi sadəcə, oyunçusunu riskə atmaq istəməyib.

Qeyd edək ki, Budapeştdə keçirilən Macarıstan - Azərbaycan görüşü ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest