“France Football” nəşri 2019-cu il üçün Lev Yaşin mükafatına namizədləri açıqlayıb. Matc.az xəbər verir ki, nəşr bu ada iddia edən 10 qolkiperi müəyyənləşdirib.

Bunlar Alisson Bekker (“Liverpul”, Braziliya), Ederson (“Mançester Siti”, Braziliya), Samir Handanoviç (“İnter”, Sloveniya), Kepa Arrisabalaqa (“Çelsi”, İspaniya), Uqo Lyoris (“Tottenhem”, Fransa), Manuel Noyer (“Bavariya”, Almaniya), Yan Oblak (“Atletiko”, Sloveniya), Andre Onana (“Ayaks”, Kamerun), Voyçex Şesnı (“Yuventus”, Polşa) və Mark-Andre ten Ştegendi (“Barselona”, Almaniya).

Mükafatın təqdimetmə mərasimi dekabrın 2-də Parisdə olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest