“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki növbəti rəqibi olan Kiprin APOEL klubunun baş məşqçisi Tomas Doll mətbuat konfransı keçirib. Matc.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda media önünə çıxan almaniyalı mütəxəssis əvvəlcə sabahkı qarşılaşma haqda fikirlərini bölüşüb:
 
- İki ay öncə bu masada əyləşmişdim. Bu müddətdə nələrin dəyişməyinə gəlincə, son oyun bizim üçün final əhəmiyyəti daşıyırdı. Budəfəki də vacibdi. Xallara ehtiyacımız var. Nəyi necə etmək lazım olduğunu yaxşı bilirik. Sadəcə, taktikanı fikirləşməməli, ürəyimizi qoymalı, həvəslə oynamalıyıq kİ, lazım olan nəticəni ala bilək. Son oyunda stadion səs-küylü idi, rəqibin azarkeş dəstəyi çox idi. Bu, futbolun gözəlliyidi. Ancaq işimizi bilirik və komandanız buna hazırdı ki, ona lazım olan xalları qazansın.
 
- Sizə sabahkı matçda başağrısı verəcək məqamlar hansıdı? Nədən çəkinirsiniz?
- Əvvəlcə, onu deyim ki, heç vaxtı başım ağrımır. Oyunun əıhəmiyyətini yaxşı bilirik. Gözəl hazırlaşmışıq. Avroliqada qrupda oynamaq hər bir klub üçün vacibdi. Mental olaraq hazırıq. Azarkeşlərimiz üçün də bu matç vacibdi. "Qarabağ"la qarşıdakı matçda yaxşı planımız olaraq işləməlidi. Təcrübəli futboçularımız var. Yaxşı performans göstərərək lazım olan nəticə qazanmalıyıq.
 
- Avsuqstdakı oyunöncəsi mətbuat konfransında çox şən idiniz. Bu dəfə isə fikirli görünürsünüz. Səbəb nədi?
- Uzun yol gəlmişk. Buna görə də bir az yorğunluq var. Ancaq oyunla bağlı əlaqəsi yoxdu. Narahat olmayın, sabah oyundan sonra gülən mən olacam.
 
- Sabahkı oyunda məğlubiyyətiniz APOEL üçün qrupda mübarizəni başa vurmaq demək olacaq, yoxsa fərqli düşünürsünüz?
- Ümumiyyətlə, heç bir oyuna başlamazdan əvvəl neqativ düşünmək olmaz. Bu, təkcə futbola aid deyil, həyatda da belə olmaq lazımdı. Futbol da həyatın bir hissəsidi. Meydana yalnız qələbəni düşünərək çıxmalıyıq. Tam hazırıq matça. 
 
- Tomas De Vinsentenin yoxluğu sizin komandanız üçün ciddi itkidi? Başqa zədəli futboçularınız var?
- Əlbəttə, bu, itkidi. Ancaq onu əvəz edəcək yaxşı futbolçularımız da var. Onlar da matça hazırdılar. Oyuna Tomas və hazırda komandamzıda olmayan digər futbolçularımız üçün də çıxacağıq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest