Bu fikirləri Kiprin APOEL klubunun futbolçusu Roman Bezyak Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"a qarşı Bakıda keçirəcəkləri oyun haqda mətbuat konftransında danışarkən bildirib

“Avqustda etdiyimizin eynisini təkrarlamağa çalışacağıq. Çünki qrupda xal qazanmamışıq. Bu qələbəyə çox ehtiyacımız var”. Matc.az xəbər verir ki, bu fikirləri Kiprin APOEL klubunun futbolçusu Roman Bezyak Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"a qarşı Bakıda keçirəcəkləri oyun haqda mətbuat konftransında danışarkən bildirib.
 
Sloveniyalı hücumçu sabah matçın baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionunda rəqibin hansısa cəhətindən çəkinməli olduqlarını düşünmədiyini söyləyib: "Çünki bu rəqibi artıq bir dəfə Bakıda üstələmişik. Sadəcə, bu dəfə həvəslə oynasaq, meydanda öz oyunumuzu nümayiş etdirə bilsək, müsbət nəticə qazanacağıq. Hər bir oyun 0:0 hesabı ilə başlayır. Qrup mərhələsində baş tutan əvvəlki görüşlərin önəmi yoxdu. Çünki bunlar tarixdə qalıb və indi bir önəm kəsb etmir".
 
Roman mərkəzi arenamızda gözlənilən anşlaqdan da söz salıb: “Qarabağ"a qalib gəldiyimiz oyunda da stadion dolu idi. Bu, gözəl haldı. Dolu tribuna qarşısında çıxış edən futbolun həyəcanı başqa cür olur. Ancaq azarkeş amili oyunumuza təsir göstərməyəcək. Qisas haqqında düşünüb-düşünməmək "Qarabağ"ın öz işidi".
 
Xatırladaq ki, "Qarabağ"ı bu mövsüm Çempionlar Liqasından məhz APOEL məhz Respublika stadionunda 2:0 hesabıyla məğlub etməklə kənarlaşdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest