Avropa Liqasının qrup mərhələsində "çFR Kluj"la keçirilən oyun "Renn"in qapıçısı Pepe Bone üçün əlamətdar olub. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, konqolu qolkiper turnirin tarixinə düşüb.

Oyuna ehtiyatdan başlayan Bone 5-ci dəqiqədə əsas qapıçı Eduard Mendi qırmızı vərəqə alınca, meydana daxil olub. Avrokuboklarda debüt edən Bone 16 yaş 254 günlüyündə meydana ayaq basıb. Bununla o, Avropa Liqası tarixinin ən gənc qapıçısı ünvanına yiyələnib.

Qeyd edək ki, "Renn" - "çFR Kluj" oyunu qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest