27 Oktyabr 2019, 13:45
                
                
                
                                AVROPA LİQASI 
                                
                
               
              
				  
 
	Bu həftə "Qarabağ"ın APOEL-lə matçı Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun 24 oyunu arasında ən çox azarkeş toplayan 4-cü qarşılaşma olub. Matc.az xəbər verir ki, bu haqda Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
	Oyunu 30 min 824 azarkeş stadiondan canlı izləyib. "Qarabağ" buna görə azarkeşlərinə təşəkkür edib.
				
         	
                                             
               
 
             
 















