"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi APOEL-də daha bir futbolçu intizamsızlığına görə cəzalandırılıb. Matc.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, Joaozinyo komandadan uzaqlaşdırılıb.

Baş məşqçi Tomas Doll portuqaliyalı sol cinah müdafiəçisini intizamsız davranışına görə, heyətdən kənarlaşdırıb və ölkə çempiponatında "Nyu Salamis"lə bu gün keçiriləcək səfər görüşünə aparmayıb. Kiprlilər 30 yaşlı oyunçunun məşqçilər korpusu ilə problem yaşayan üçüncü futbolçu olduğunu vurğulayıb və bunun təsadüfi olmadığını qeyd edib.

Ondan başqa, Antonio Yakoliş, Roman Bezyak, Nikolas Yoannu və Tomas de Vinsenti zədə ucbatından bugünkü matçı buraxacaq.

Əvəzində Bakıda Tomas Dolla problem yaşayan və "Qarabağ"la görüşün iştirak ərizəsindən çıxarılan Musa əl-Tamari əfv edilib.

Qeyd edək ki, APOEL Avropa Liqasında qrup mərhələsinin IV turu çərçivəsində növbəti oyununu noyabrın 7-də Nikosiyada "Qarabağ"a qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest