Avstraliyanın Pert şəhərində cüdo üzrə Okeniya açıq turnirində Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb. Matc.az xəbər verir ki, beynəlxalq yarışın ikinci günü cüdoçumuz Murad Fətiyev bürünc medala sahib olub.

81 kq çəki dərəcəsində mübarizə aparan Murad bürünc medal uğrunda görüşdə İtaliya təmsilçisi Andrea Reqisə qalib gələrək "Okeaniya Open" turnirində 3-cü yeri tutub.

Avstraliyada 66 ölkədən 310 cüdoçu mübarizə aparıb. Ölkəmiz beynəlxalq yarışda 9 cüdoçu ilə təmsil olunub.

Qeyd edək ki, turnirin ilk günü Nicat Şıxəlizadə komandamıza gümüş medal qazandırıb. Tokio Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan Okeaniya açıq turnirində uğur əldə edən Nicat Şıxəlizadə və Murad Fətiyev aktivinə vacib xallar yazdırıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest