İngiltərə Premyer Liqasının XI turunda "Everton"la keçirilən qarşılaşmada rəqibin oyunçusu Andre Qomeşin ayağını qıran "Tottenhem"in yarımmüdafiəçisi Hun Min Sona dəstəklər davam edir. Matc.az saytının məlumatına görə, digər klubların oyunçuları da hadisədən sonra göz yaşlarını saxlaya bilməyən cənubi koreyalını günahlandırmır.

Bir çox oyunçu kimi, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi APOEL-in yarımmüdafiəçisi Musa əl-Tamari buna biganə qalmayıb. İordaniya millisinin üzvü paylaşdığı tvitdə Son barədə bunları yazıb: "Hamı kimi, futbolçu da insandı, duyğuları çoxdu, amma hər şeyi hər zaman göstərə bilməz".

Qeyd edək ki, APOEL Avropa Liqasının növbəti turu çərçivəsində noyabrın 7-də "Qarabağ"ı qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest