"Şəxsən mən Vourosa çox inanıram. Həmçinin Draqan Mixayloviç və Nikolas Yoannu da müdafiədə çıxış etməyə layiqdi. O ki qaldı yarımmüdafiə mövqeyinə, şəxsən mən tək hücumçunun arxasında 3 oyunçuya yer verərdim. Onlardan biri mütləq Alef olmalıdı".

APOEL-in əfsanəvi futbolçusu Takis Antoniu Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la keçiriləcək oyunöncəsi məşqçilər korpusuna məsləhət verib. Matc.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, təcrübəli mütəxəssis baş məşqçi Tomas Dollu müdafiə ilə bağlı doğru seçim etməyə çağırıb.

Antoniu bildirib ki, almaniyalı çalışdırıcı mərkəz müdafiəçisi Praxitelis Vourosa güvənməlidi: "Şəxsən mən Vourosa çox inanıram. Həmçinin Draqan Mixayloviç və Nikolas Yoannu da müdafiədə çıxış etməyə layiqdi. O ki qaldı yarımmüdafiə mövqeyinə, şəxsən mən tək hücumçunun arxasında 3 oyunçuya yer verərdim. Onlardan biri mütləq Alef olmalıdı".

1972-1986-cı illərdə Nikosiya klubunun şərəfini qorumuş Antoniu yarımmüdafiəçi Musa əl-Tamarini də sabah meydanda görmək arzusundadı: "Əl-Tamariyə haqsızlıq edilir. O, Trametsaninin 3-5-2 taktikasında orta sahənin dirəyi idi. Ancaq nədənsə bu mövsüm uğursuz çıxışlarda onu günahkar bildilər. Tomas Doll sabah Musaya şans versə, o, rəqibə ciddi problem yaradacaq. APOEL-in ən böyük varlığı indi təhlükə altındadı. Bu futbolçu ilə söhbət etmək və onun komandada qalması üçün bir çox işlər görmək lazımdı".

Qeyd edək ki, sabah "GSP Arena"da keçiriləcək APOEL - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə 21:55-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest