2020-ci ildə baş tutacaq Avropa çempionatının rəsmi topunun təqdimat mərasimi keçirilib. Matc.az xəbər verir ki, qitə birinciliyində istifadə olunacaq top “Uniforia” adlanır.
 
“Adidas” tərəfindən hazırlanan idman ləvazimatının əsas rəngi ağdı. Amma topun üzərində müxtəlif rəngli çalarlar var.
 
Qeyd edək ki, AÇ-2020-nin matçları 12 şəhərdə, o cümlədən Azərbaycanın paytaxtı Bakıda keçiriləcək. Bakı Olimpiya Stadionu qrup mərhələsinin üç, 1/4 finalın 1 matçına ev sahibliyi edəcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest