Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok matçına çıxıb. Matc.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində mübarizə aparan Ağdam klubu Kiprdə APOEL ilə qarşılaşıb.
 
Üç turdan sonra 4 xalla A qrupunda 2-ci pillədə qərarlaşan “Qarabağ” 1/16 final şanslarını çətinə salmamaq üçün səfərdə ən azı uduzmamalıydı. Qələbə isə Qurban Qurbanovun yetirmələrinin bu yoldakı işini daha da asanlaşdırmış olacaqdı.
 
Qeyd edək ki, bu, “Qarabağ”ın APOEL-lə cari mövsümdəki dördüncü matç idi. Əvvəlcə Çempionlar Liqası çərçivəsində bu rəqibinə səfərdə 2:1 hesabı ilə qalib gələn ağdamlılar doğma meydanda 0:2 uduzaraq, Avroliqada mübarizə aparmaq məcburiyyətində qalmışdılar. Avropa Liqası çərçivəsində Bakıda baş tutan oyuna isə qalib müəyyənləşməmişdi – 2:2. Bu oyunda da hesabı açan tərəf məhz Azərbaycan çempionu olub. Amma kiprlilər ikinci hissədə ardıcıl iki qol vurmaqla əzmkar qələbə qazanıblar.
 
Bu gün A qrupunun digər oyununda “Düdelanj” (Lüksemburq) “Sevilya” (İspaniya) ilə görüşüb. Bu oyunda ispanlar darmadağınla qalib gəliblər - 5:2.
 
Avropa Liqası
A qrupu
7 noyabr
 
APOEL - “Qarabağ” 2:1
Qol: L.Souza, 59. G.Efrem, 88 - M.Medvedev, 10.
Hakimlər: Manuel Şuttenqruber, Roland Brandner, Robert Steynaşer, Kristofer Yaqer (hamısı Avstriya).
Nikosiya. GSP stadionu.
 
APOEL: 27. Vid Belets, 6. Savvas Gentsoqlu, 8. Lukas Souza, 9. Linus Hallenius, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 23. Joazinyo, 29. Praxitelis Vouros, 44. Nikolas Yoannu (k), 90. Vuyadin Saviç, 91. Draqan Mihayloviç.
Ehtiyat oyunçular: 99. Boy Vaterman, 7. George Efrem, 11. Musa Süleyman, 30. Giorgos Merkis, 46. Statis Aloneftis, 89. Roman Bezyak, 95. Alef.
Baş məşqçi: Tomas Doll.
Qarabağ: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Aylton Silva, 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 8. Miçel, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 17. Abdulay Zubir, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 21. Hacıağa Hacıyev, 23. Faysal Rerras, 30. Abbas Hüseynov, 99. Maqaye Qeye.
Baş məşqçi: Qurban Qurbanov.
 
Sevilya – 12, APOEL – 4, Qarabağ – 4, Düdelanj - 3.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest