Milli komandaların oyunları ilə əlaqədar çempionatlarda verilmiş fasilədən yararlanan "Barselona" yoxlama görüşündə qüvvəsini sınayıb. Matc.az saytının məlumatına görə, Kataloniya təmsilçisi "Kartagena" ilə üz-üzə gəlib.

Neto, Jerar Pike, Junior Firpo, Alena, Serxi Roberto, Usman Dembele kimi əsas heyət üzvlərinin də iştirak etdiyi oyun "Barsa"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 64-cü dəqiqədə Karlos Peres, 88-ci dəqiqədə isə Mendez Markes fərqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest