"Real"ın yarımmüdafiəçisi Luka Modriç karyerasını İtaliyada davam etdirə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu ulduz futbolçu özü deyib.

O, A seriyasında oynamağın əleyhinə olmadığını bildirib: "İtaliyadan xoşum gəlir. Ora Xorvatiyaya yaxındı. Çox sayda həmyerlim A seriyasında oynayır. Üstəlik, mentalitetimiz də bənzərdi. Ancaq indi yalnız "Real" haqda danışa bilərəm. Çünki bu klubun oyunçusuyam".

Qeyd edək ki, Luka Modriçin xidmətində maraqlı olan klub "İnter"di.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest