Ukraynanın U-21 komandası növbəti itki ilə üzləşib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, Azərbaycan millisi ilə yoldaşlıq görüşü üçün Bakıya gələn komandada daha bir oyunçu zədələnib.

Belə ki, məşq zamanı yarımmüdafiəçi Dmitri Topalov sıradan çıxıb. Baş məşqçi Ruslan Rotan bugünkü qarşılaşmada onun xidmətindən yararlana bilməyəcək. ölkəmizə səfər öncəsi isə ukraynalılarda Yevgeni çerebko, Yefim Konoplya və Georgi çitaişvili heyətdən çıxarılmışdı.

Qeyd edək ki, "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Ukrayna matçı saat 18:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest