İtaliya çempionu “Yuventus” müdafiəçisi Leonardo Bonuççi ilə müqavilənin müddətini uzatmağa qərar verib. Matc.az Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 2024-cü ilin yayınadək artırılıb.
 
Bonuççi 2010-cu ildən “Yuventus”da çıxış edir. O, bu komandanın heyətində indiyə qədər 376 oyuna çıxıb.
 
“Ağ-qaralar”ın heyətində son 7 mövsümdə ən azı bir qol vurmağı bacaran Bonuççi bu mövsüm 1440 dəqiqə meydanda olub. O, müdafiəçi olmasına baxmayaraq, indiyə qədər 17 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest