İngiltərənin "Tottenhem" klubu dünən istefaya göndərdiyi baş məşqçi Maurisio Poçettinoya təzminat ödəyəcək. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, buna London təmsilçisinin argentinalı mütəxəssisin müqaviləsinə erkən xitam verməsi səbəb olub.
 
"Tottenhem" klubu Poçettino və onun məşqçilər korpusuna 20 milyon funt-sterlinqə yaxın təzminat ödəyəcək.
 
2014-cü ildən "Tottenhem"i çalışdıran Poçettinonu baş məşqçi postunda Joze Mourinyo əvəzləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest