İngiltərənin "Tottenhem" klubunun baş məşqçisi təyin olunan Joze Mourinyonun London təmsilçisindəki illik qazancı müəyyənləşib. Matc.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis yeni komandasında ilinə 15 milyon funt-sterlinq qazanacaq.
 
Xatırladaq ki, Mourinyo "Tottenhem"in baş məşqçi postunda Maurisio Poçettinonu əvəz edib. Müqayisə üçün bildirək ki, argentinalı mütəxəssis London klubunda Mourinyonun qazandığının təxminən yarısını alırdı.
 
Premyer Liqada hazırda illik qazancı ən çox olan məşqçi "Mançester Siti"ni çalışdıran Pep Qvardioladı – 20 milyon funt-sterlinq. Mourinyo bu siyahıda ikinci yerə çıxıb. İlk üçlüyü isə 7,5 milyon funt-sterlinqlik qazanca malik Yurgen Klopp ("Liverpul") ilə Ole Qunnar Sulşer ("Mançester Yunayted") qapayır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest