Karyerasını davam etdirənlər arasında klublarına ən sadiq futbolçuların siyahısı açıqlanıb. Matc.az saytı xəbər verir ki, araşdırma Avropanın top-10 liqasında çıxış edən futbolçular arasında aparılıb.

Rusiya millisinin qapıçısı İqor Akinfeyev siyahıya başçılıq edir. 33 yaşlı qolkiper artıq 17 ilə yaxındı Moskva MOİK-inin şərəfini qoruyur. Onu 16 ildən çoxdu "Sent-Etyen"də çıxış edən Loik Perrin izləyir.

İlk "üçlüy"ü "Barselona"nın kapitanı Lionel Messi qapayır. Argentinalı superulduz bu ilin sonunda Kataloniya klubunda 16-cı ilini tamamlayacaq.

 

Ən sadiq "20-lik"

1. İqor Akinfeyev (MOİK) - 16 il 10 ay 20 gün

2. Loik Perrin ("Sent-Etyenn") - 16 il 4 ay 21 gün

3. Lionel Messi ("Barselona") - 15 il 10 ay 20 gün

4-5. Serxio Alvares ("Selta") - 15 il 4 ay 21 gün

4-5. Tomas Kessler ("Köln") - 15 il 4 ay 21 gün

6. Mark Nobl ("Vest Hem") - 14 il 10 ay 20 gün

7-11. David Zurutuza ("Real Sosyedad") - 14 il 4 ay 21 gün

7-11. Oyer ("Osasuna") - 14 il 4 ay 21 gün

7-11. Cessi Mulin ("Sent-Etyenn") - 14 il 4 ay 21 gün

7-11. Françesko Manyanelli ("Sassuolo") - 14 il 4 ay 21 gün

7-11. Corcio Kellini ("Yuventus") - 14 il 4 ay 21 gün

12. Serxio Ramos ("Real") - 14 il 2 ay 21 gün

13-15. Sammi Bossu ("Tsulte Varegem") - 13 il 4 ay 21 gün

13-15. Bruno Soriano ("Vilyarreal") - 13 il 4 ay 21 gün

13-15. Xavi Lopes ("Espanyol") - 13 il 4 ay 21 gün

16-18. Marselo ("Real") - 12 il 10 ay 20 gün

16-18. Anton Şunin ("Dinamo", Moskva) - 12 il 10 ay 20 gün

16-18. Andrey Pyatov ("Şaxtyor", Donetsk) - 12 il 10 ay 20 gün

19-22. Serxio Buskets ("Barselona") - 12 il 4 ay 21 gün

19-22. Marsel Şmeltser ("Borussiya", Dortmund) - 12 il 4 ay 21 gün

19-22. Mahmut Tekdemir ("Başakşəhər") - 12 il 4 ay 21 gün

19-22. Vladimir Çesnakov ("Vorskla") - 12 il 4 ay 21 gün

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest