"Kipr futbolu inkişafdadı. İlk oyundakı qələbə bizə cəsarət versə də, sonra reallığa döndük. Buna baxmayaraq, yenə komandama güvənirəm. Rəqibin üzərində təzyiqlər var. APOEL və "Qarabağ"a qarşı iki final oyunu bizi gözləyir".

"Bu, bizim üçün böyük şansdı. Kiprdəki nəticə təkrarlansa, əla olar". Matc.az xəbər verir ki, bunu "Düdelanj"ın baş məşqçisi Bertran Krasson deyib.

Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan Lüksemburq təmsilçisi sabah V tur çərçivəsində APOEL-i qəbul edəcək.

Krasson Nikosiyada məğlub etdikləri (4:3) rəqibi yenə büdrədə biləcəklərini düşünür: "Kipr futbolu inkişafdadı. İlk oyundakı qələbə bizə cəsarət versə də, sonra reallığa döndük. Buna baxmayaraq, yenə komandama güvənirəm. Rəqibin üzərində təzyiqlər var. APOEL və "Qarabağ"a qarşı iki final oyunu bizi gözləyir".

Qeyd edək ki, "Düdelanj" qrupda son matçını Bakıda "Qarabağ"a qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest