Sabah basketbol üzrə Azərbaycan Super Liqasında ikinci dövrəyə start veriləcək. Matc.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutacaq.
 
"Xırdalan" "Atom"la üz-üzə gələcək. Turun qalan görüşləri isə dekabrın 7-də keçiriləcək.
 
Qeyd edək ki, ilk dövrədən sonra "Zirvə" 15 xalla zirvədə qərarlaşıb. "Sərkərdə", "Atom" və "Gəncə" isə cəmi 2 xal fərqi ilə lideri izləyirlər.
 
Azərbaycan Super Liqası
9-cu tur
6 dekabr
 
18:00. Xırdalan - Atom
 
7 dekabr
 
14:30. Sıçrayış - Atletik
 
16:30. Zirvə - 80-lər
 
18:30. Sərkərdə - Gəncə
 
Zirvə – 15, Atom – 13, Gəncə – 13, Sərkərdə – 13, Atletik – 12, Xırdalan – 11, Sıçrayış – 11, 80-lər – 8.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest