Almaniyanın Zindelfinger şəhərində uşaq taekvondoçular arasında Avropa birinciliyi keçiriləcək. Matc.az xəbər verir ki, yarışda 3 klubumuzun 10 idmançısı medallar uğrunda mübarizə aparacaq.

Belə ki, 7-8 dekabr tarixlərində keçiriləcək yarışda “Ümid” taekvondo klubunun yetirmələrindən Mehdi Budaqlı (27 kq), Fərid Quşxani (35 kq), Təhsil-Sumqayıt komandasını təmsil edən Aydın Süleymanov (32 kq), Aydın Məhərrəmli (35 kq), Elmira Bayrak (22 kq), Xanım Məmmədova (32 kq), Gədəbəy komandasından Süleyman Həsənov (24 kq), və Sevil Bağırova (29 kq), “Əmin” taekvondo klubunun idmançısı Mürşüd Qasımov (39 kq), və fövqəladə hallar nazirliyinin taekvondoçusu Tamerlan Yaqubov (29 kq) iştirak etmək üçün artıq Almaniyaya yollanıb.

Qeyd edək ki, taekvondoçular məşqçi-müəllimlərdən İlkin Şahbazov, Rəşad Məmmədov, Beyrək Bağırov və Ziya Qasımovun rəhbərliyi ilə yarışa qatılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest