İngiltərə Premyer Liqasının XV turunda "Everton"u 5:2 hesabı ilə məğlub edən "Liverpul" rekordlar qırmaqda davam edir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "qırmızılar" artıq təkrarlanması çətin görünən göstəricilərə imza atıb.

78 gündü uduzmayan Yurgen Kloppun yetirmələri Premyer Liqada 32 oyundu, yəni 335 gündü məğlubiyyət üzü görmür. öz meydanında uğurlu nəticələr göstərən "mersisaydlılar" "Enfild Roud"da bütün turnirlərdə 433 gündü yenilmir. Komandanın ən böyük uğuru 955 gündü doğma arenasında keçirdiyi çempionat oyunlarında heç kimə məğlub olmamasıdı.

Qeyd edək ki, cari mövsüm 15 turda 43 xal toplayan "Liverpul" hazırda Premyer Liqaya başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest