"Real" "Ayaks"ın yarımmüdafiəçisi Donni van de Bekdən əl çəkmir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "kral klubu" 22 yaşlı orta sahə oyunçusunu transfer etməkd israrlıdı.

La Liqa təmsilçisi bu ilin yayından izlədiyi Hollandiya millisinin üzvünü ən geci mövsümün sonunda transfer etmək niyyətindədi. İspanlar bu keçid qarşılığında qarşı tərəfə 55 milyon avro ödəməyə hazırdı.

Qeyd edək ki, Donni van de Bek bu mövsüm Hollandiya çempionatında iştirak etdiyi 13 oyunda 5 qol, 4 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest