İspaniya La Liqasında XV turun oyunları davam edir. Matc.az saytının məlumatına görə, "Espanyol"u qəbul edən "Real" 2:0 hesablı qələbə qazanıb.

37-ci dəqiqədə Rafael Varan, 79-cu dəqiqədə isə Kərim Benzemanın qolları "kral klubu"na 3 xal qazandırıb. Bununla Zinəddin Zidanın yetirmələri La Liqada ardıcıl 4-cü qələbəsini əldə edib.

Xallarının sayını 34-ə çatdıran "Real" turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest