Bu gün "Napoli"nin baş məşqçisi postundan göndərilən Karlo Ançelottinin işsiz günləri qısa çəkəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, təcrübəli mütəxəssis artıq 2 təklif alıb.

Belə ki, "Arsenal" və "Everton" 60 yaşlı çalışdırıcı ilə təmasa keçib. Ançelottinin bu iki komandadan biri ilə anlaşması və İngiltərə Premyer Liqasında çalışması gözlənilir. Bu baxımdan "Arsenal" bir addım öndə göstərilir.

Qeyd edək ki, Karlo Ançelotti "Napoli"yə ötən il təyin olunmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest