Çinin Tsindao şəhərində cüdo üzrə “Masters” turnirinə start verilib. Matc.az saytının məlumatına görə, ilk günündə 5 çəki dərəcəsi üzrə yarışlar keçirilir.

Azərbaycan millisinin 4 cüdoçusu iki çəki dərəcəsində mübarizə aparıb.

 

Kişilər

66 kq

Bu çəkidəki təmsilçilərimizdən Orxan Səfərov yarışa 1/16 finaldan qoşulub. Lakin o, ilk cəhdindəcə ukraynalı Georgi Zantarayaya məğlub olub.

Nicat Şıxəlizadə də ilk mərhələdən azad olub. 1/16 finalda Boqdan Yadova (Ukrayna) qalib gələn cüdoçumuz monqolustanlı Xerlen Qanbolda yenilib.

 

Qadınlar

48 kq

Leyla Əliyeva 1/16 finalda Çen-Hao Linlə (Çin Taypeyi) üz-üzə gəlib. Ona qalib gələn cüdoçumuz növbəti mərhələdə Urantsetseq Munxbata (Monqolustan) uduzub.

Bu çəkidəki digər təmsilçimiz Ayşə Qurbanlı da uğursuz çıxışla yadda qalıb. O, 1/16 finalda üz-üzə gəldiyi ilk rəqibi olan fransalı Meleni Klemendən zəif olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest