Çempionlar Liqasının qrup mərhələsinin son turunda keçirilən "Bayer" - "Yuventus" görüşündən sonra maraqlı hadisə baş verib. Matc.az saytının məlumatına görə, epizod qonaqların hücumçusu Kriştianu Ronaldonun iştirakı ilə yaşanıb.

Belə ki, oyun bitər-bitməz meydana daxil olan bir azarkeş Ronaldoya tərəf qaçaraq, onunla şəkil çəkdirmək istəyib. Fanatın əvvəlcə onu arxadan çəkməsi Ronaldonu özündən çıxarıb. Nəticədə superulduz nəinki şəkil çəkdirməyib, hətta ona əsəbləşib, narazı halda əllərini yelləyib. Ardından təhlükəsizlik işçiləri fanatı meydançadan uzaqlaşdırıblar.

Qeyd edək ki, "Yuventus"un 2:0 hesabı ilə qalib gəldiyi matçda qollardan birinə Kriştianu Ronaldo imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest