"Rəqibin heyətində Riçard Almeyda ilk görüşdə bizə çox problem yaratdı. Onun çıxışına müdaxilə edə bilmədik və bu, oyunun qırılma anı oldu. Bunun qarşısını almaq üçün taktiki cəhətdən sürətlənə bilmədik. Bu gün meydana kimlərin çıxması önəmli deyil".

"Heç bir futbolçu əvəzedilməz deyil. Ancaq bimbardirimiz Daniel Sinaninin yoxluğu bizim üçün ciddi itkidi". Matc.az saytının məlumatına görə, bunu "Düdelanj"ın baş məşqçisi Bertran Krasson deyib.

48 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində "Qarabağ"la keçiriləcək oyunu dəyərləndirib.

O, ilk matçdakı böyükhesablı məğlubiyyəti (1:4) Azərbaycan təmsilçisinin yarımmüdafiəçisi Riçard Almeyda ilə əlaqələndirib: "Rəqibin heyətində Riçard Almeyda ilk görüşdə bizə çox problem yaratdı. Onun çıxışına müdaxilə edə bilmədik və bu, oyunun qırılma anı oldu. Bunun qarşısını almaq üçün taktiki cəhətdən sürətlənə bilmədik. Bu gün meydana kimlərin çıxması önəmli deyil. Qürurlu oynamaq və "Düdelanj"ın hələ ölmədiyini göstərmək məcburiyyətindəyik".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Düdelanj" oyunu saat 21:55-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest