"Fənərbaxça" ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, "sarı-lacivərdlilər"in müdafiəçisi Sadık çiftpınar zədələnib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilir ki, Superliqanın XV turunun "Sivasspor"la matçında (1:3) zədələnən 26 yaşlı müdafiəçi üçün mövsüm başa çatıb.

Qeyd edək ki, "Fənərbaxça" hazırda 25 xalla 5-ci pillədə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest