"Bu mövsüm avrokuboklara hazır deyildik. Hazırlaşmağa zamanımız yox idi. Çünki cəmi üç həftə vaxtımız var idi. Üstəlik, təzyiqlərin öhdəsindən də gələ bilmədik. "Neftçi" ilə oyunlar öncəsi çox söz-söhbət oldu. Hər kəsin uğursuzluqları var".

Tula "Arsenal"ının baş məşqçisi İqor Çerevçenko yerli mətbuata müsahibəsində komandasının cari mövsümdəki çıxışını dəyərləndirib. Matc.az saytı xəbər verir ki, 45 yaşlı mütəxəssis Avropa Liqasındakı oyunlarına da münasibət bildirib.

O, II təsnifat mərhələsində "Neftçi"yə məğlubiyyəti xatırlayaraq, bunu bir neçə səbəblə əsaslandırmağa çalışıb. Çerevçenko Avropa arenasında debütə hazır olmadıqlarını söyləyib.

Baş məşqçi "Neftçi" ilə görüşə istədikləri kimi hazırlaşa bilmədiklərini də əlavə edib: "Bu mövsüm avrokuboklara hazır deyildik. Hazırlaşmağa zamanımız yox idi. Çünki cəmi üç həftə vaxtımız var idi. Üstəlik, təzyiqlərin öhdəsindən də gələ bilmədik. "Neftçi" ilə oyunlar öncəsi çox söz-söhbət oldu. Hər kəsin uğursuzluqları var. Biz birinci deyilik, axırıncı da olmayacağıq".

Qeyd edək ki, rəqibini 3:0 və 1:0 hesabı ilə məğlub edən "Neftçi" III mərhələyə vəsiqə qazanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest