"İtaliya belə turnirlərdə həmişə yaxşı çıxış edib. Amma açılış oyununda hər şey ola bilər. Çünki ilk görüşdə turnir həyəcanı olur. Bu, bizim üçün üstünlükdü. Digər rəqiblər Uels və İsveçrə də yaxşıdı, hamısına hörmətlə yanaşırıq".

"Gözəl qrupa düşdük. Açılış oyununda meydana çıxmaq xüsusi hadisədi". Matc.az saytı xəbər verir ki, bunu Türkiyə millisinin futbolçusu Kənan Karaman deyib.

Yerli mətbuata açıqlama verən "Fortuna" klubunun hücumçusu təqvim baxımından bəxtlərinin gətirdiyini söyləyib: "İtaliya belə turnirlərdə həmişə yaxşı çıxış edib. Amma açılış oyununda hər şey ola bilər. Çünki ilk görüşdə turnir həyəcanı olur. Bu, bizim üçün üstünlükdü. Digər rəqiblər Uels və İsveçrə də yaxşıdı, hamısına hörmətlə yanaşırıq. Bakıda oynamağımız türk xalqı üçün çox gözəldi. Ora Türkiyənin ikinci evidi. Çox sayda azarkeşimiz olacaq və bu da bizə əlavə motivasiya verəcək. Bu səbəbdən qrupa pozitiv baxıram. İnşallah, bu qrupdan çıxarıq".

Qeyd edək ki, Türkiyə yığması ilk oyununu iyunun 12-də Romada İtaliyaya, növbəti matçlarını isə həmin ayın 17-də Uels, 21-də isə İsveçrəyə qarşı Bakıda keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest