Azərbaycan karateçisi İrina Zaretska çilinin paytaxtı Santyaqoda keçirilən Karate1 Seriya A turnirində gümüş medal qazanıb. Matc.az xəbər verir ki, 68 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda italiyalı Silviya Semeraroya məğlub olub.

Qeyd edək ki, Dünya Karate Federasiyasının (WKF) turnirinə 65 ölkədən 466 karateçi qatılıb.

Yarışın hər mərhələsi idmançılara olimpiya reytinq xalları qazandırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest