"Milan"nın yeni qapıçısı Asmir Beqoviç klub saytına açıqlama verib. Matc.az xəbər verir ki, bosniya və hersoqovinalı qapıçı buraya gəlməyini özü üçün böyük şərəf olduğunu vurğulayıb.

"Milan"ı seçdim, çünki bu mənim üçün böyük bir şərəfdir. Hazırda dünyanın ən böyük klubundayam. "Milan" fantastik bir tarixə, inanılmaz bir azərkəşə sahibdir. İngiltərədəki karyeramdan sonra yeni bir böyük liqaya ehtiyacım var idi. Burada meydana çıxacağım günü çox həyəcanla gözləyirəm.

Donnarumma ilə oynamaq həyacanverici olacaq. O, dünyanın ən yaxşı gənc qapıçısıdır. Təbii ki, artıq onun mənim məsləhətimə ehtiyacı yoxdur. Ancaq yenə də məşqlərdə ona kömək etməyə hazıram" - deyə, Asmir bildirib.

Qeyd edək ki, Asmir Beqoviç mövsümün ilk yarısında icarə əsasında "Qarabağ"da çıxış edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest