"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün Macarıstanın "Kapoşvar" klubuna qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Matc.az xəbər verir ki, o, 3:4 hesabıyla uduzduqları oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
 
"Antalya toplanışında bu gün ilk oyunumuzu keçirdik. Uşaqları istədiyimdən də yaxşı gördüm. Hər hissədə fərqli heyətlə oynadıq. ümumilikdə futbolçuların hərəkətli olmaları məni sevindirdi. Verilən tapşırıqları səhvsiz yerinə yetirməyə çalışdılar. Vurduğumuz 3 qol üçün nə qədər sevindiksə, buraxdığımız toplara da bir o qədər məyus olduq. Qarşıdakı oyunlarda daha da diqqətli olub, bu oyunda etdiyimiz səhvləri təkrarlamamalıyıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest